Bakıda daha bir binadan qopub tökülən daşlar təhlükə yaratdı

Bakıda daha bir binadan qopub tökülən daşlar təhlükə yaratdı

Baxış sayı: 2. 032 dəfə baxılıb.

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının fasadına vurulan aqlay daşları qoparaq yerə tökülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər ərazidə təxirəsalınmaz tədbirlər həyata keçirib, sakinlərin təhlükəsizliyini təmin ediblər.