3a6c720d-82a7-48db-a4c8-921cd9d02de3..jpg

Bakıda daha bir neçə ünvanda Türkiyə üçün yardımların toplanmasına başlanılıb – SİYAHI

Baxış sayı: 1. 030 dəfə baxılıb.

Bakıda daha bir neçə ünvanda Türkiyə üçün yardımların toplanmasına başlanılıb
– SİYAHI

Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım toplanması üçün
Bakıda daha bir neçə ünvan ayrılıb.

Bu barədə ASAN Xidmət məlumat yayıb.

Yardımlar paytaxtın Ziya Bünyadov prospekti, Xarici dairəvi küçəsi, 2008-ci
məhəllədə (73 saylı tam orta məktəbin yanı) yerləşən “Azərsun Holdinq”in
Satınalmalar Mərkəzi, Səməd Vurğun küçəsində Göy məscidin yaxınlığında, Salyan
Şosesi, 22 (Binə bazarının 14-cü sıra ilə üzbəüz yerləşən Aqro terminalda) və
Ağ şəhər, Yaşıl Ada, nömrə 2 ünvanlarında toplanır.

Vətəndaşlar yardımları çatdırmaq üçün müvafiq olaraq aşağıdakı nömrələrlə
əlaqə saxlaya bilərlər:

Görkem Yelgin – 050 285 01 01

Muhemmed Emin Kalan – 050 736 71 00

Ferhat Çeğil – 055 604 36 96

Ramil Hümbətov – 050 567 75 77

Xatırladaq ki, Bakıda Əl Oyunları Sarayında da yardımlar toplanır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə
7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə
vəziyyət elan olunub.

Faciə nəticəsində 6 234 nəfər həlak olub.

Source link