c8105cf9-5548-4fde-b2be-c76407628eab..jpg

Bakıda daha bir ünvanda binalar sökülür: Sakinlərə yeni mənzillər, aylıq 700 manat kirayə pulu verilir – FOTO

Baxış sayı: 803 dəfə baxılıb.

Bakıda daha bir ünvanda binalar sökülür: Sakinlərə yeni mənzillər, aylıq 700
manat kirayə pulu verilir – FOTO

Bakının Yasamal rayonu ərazisindəki daha bir ünvanda beşmərtəbəli binaların
söküntüsü planlaşdırılır.

Baku.ws-in əldə etdiyi məlumata görə, söhbət keçmiş 5 saylı çörək zavodu
yaxınlığındakı binalardan gedir.

Belə ki, Zahid Xəlilov və Əbdürrəhim bəy Haqverdiyev küçələri ərazisində
yerləşən binalardan bəzilərinin söküntüsü həyata keçiriləcək. Sakinlərə
söküləcək evləri müqabilində kompensasiyalar təklif olunur.

Evlərini tərk edən sakinlərə pilot layihə olaraq yeni binalardan 20 kvadrat
metr əlavə sahəsi olan mənzillər təklif olunur. Yeni binaların tikiləcəyi
müddət ərzində isə vətəndaşlara 700 manat kirayə pulu verilir.

Yeni binalarda mənzil almaq istəməyən vətəndaşlara isə kvadrat metri 1700
AZN-dən pul təklif olunur.

Source link