7bf75003-1e13-4a2f-bf15-a1cec995271f..jpg

Bakıda daşınmaz əmlakın qiyməti ARTDI

Baxış sayı: 622 dəfə baxılıb.

Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub.

Bu barədə Cixisyolu.com-a İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat
verilib.

Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, mart ayında əvvəlki ayda
olduğu kimi, fərdi həyət evlərinə tələbin artması müşahidə olunub. Fərdi
evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1,4 faiz qiymət artımı qeydə
alınıb.

Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb dəyişməyib. Yaşayış
binalarında olan mənzillərdə 0,9 faiz aylıq qiymət artımları müşahidə olunub.
Qeyri-yaşayış sahələrində 1,3 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə
bazarında qiymətlər dəyişməyib.

Qeyd edək ki, ümumilikdə ölkə üzrə 2024-cü ilin mart ayında istehlak
qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz təşkil edib.
2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2
faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101 faiz
olub. Eyni zamanda, 2024-сü ilin yanvar-mart aylarında tikinti materiallarının
istehsalının ümumi dəyəri 274,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 34,4 faiz artıb.

Source link