Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim
Əmiraslanlı Cixisyolu.com-a açıqlamasında bildirib ki, sentyabrın 29-da saat 23
radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri
1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun
şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə
kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub.
“Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır”, – deyə
xidmət rəsmisi bildirib.
01:45
Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı
1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib.
Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub.
Yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.