61a1cdf7-4da5-4fa6-8a76-21ee131204f0..jpg

Bakıda dava zamanı 21 yaşlı gənc bıçaqlanıb

Baxış sayı: 938 dəfə baxılıb.

Bakıda dava zamanı 21 yaşlı gənc bıçaqlanıb

Bakının Səbail rayonunda 21 yaşlı gənc bıçaqlanıb.

“Report”un məlumatına görə, 2002-ci il təvəllüdlü Bəşirov Elmar Mehman oğlu
tanıdığı şəxs tərəfindən dava zamanı bıçaqlanıb.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun sağ baldır və bud nahiyəsində iki ədəd kəsilmiş-deşilmiş
bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Source link