a68ac9fd-1481-41ce-8cee-1e97cf3d31eb..jpg

Bakıda DƏHŞƏT: Müştəri kababçını öldürdü

Baxış sayı: 558 dəfə baxılıb.

Bakıda DƏHŞƏT: Müştəri kababçını öldürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qətl hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə
alınıb. Burada naməlum şəxslə 31 yaşlı Anar Malik oğlu Quliyev arasında
mübahisə yaranıb. Nəticədə A.Quliyev bıçaqlanıb və Sabunçu Tibb Mərkəzinə
yerləşdirilib.

Lakin xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq, o dünyasını dəyişib.

A.Quliyev Keşlə qəsəbəsində kababçı işləyib. Naməlum müştəri kabab alarkən ona
irad bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaşanıb. Sonradan küçədə
tərəflər rastlaşıblar və mübahisə daha da böyüyüb. Nəticədə məlum olay baş
verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Source link