17e09d11-567a-4e59-a1a0-1e263fdf56ca..jpg

Bakıda direktor şagirdləri döydü: Araşdırmalara başlandı – YENİLƏNİB + VİDEO

Baxış sayı: 2. 485 dəfə baxılıb.

Bakıda direktor şagirdləri döydü: Araşdırmalara başlandı – YENİLƏNİB + VİDEO

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan
davranışının əks olunduğu video ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi
tərəfindən müvafiq araşdırma aparılır.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq idarədən bildirilib.

Qurumdan qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat
veriləcək:

“Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və
uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər
həyata keçirilir.

Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin
tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət
mərkəzində saxlanılır”.

13:40

Bakı şəhərində məktəb direktoru şagirdləri döyüb.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, paytaxtda fəaliyyət göstərən 9 nömrəli
tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl
qaldırıb.

Onun bu hərəkəti kameraya düşüb.

Həmin görüntüləri təqdim edirik:


View this post on Instagram

A post shared by Cixisyolu.com (@oxuaz)

İlhamə Əbülfət

Source link