Heydər Əliyev adına Bakı Beynəlxalq aeroportunda ölkədən qaçmaq istəyən Azərbaycan vətəndaşı Teymur Quluzadə saxlanılıb.
Xətai Rayon Polis Şöbəsindən ÇıxışYolu.Com-a verilən məlumata görə, T.Quluzadə Bakı-İstanbul reysi ilə Türkiyəyə getmək istəyərkən tutulub.
T.Quluzadə böyük məbləğdə pul oğurlamaqda ittiham edilir. O, Xətai rayonu ərazisində özgə avtomobildən doqquz min manat oğurlayarkən müşahidə kamerasına düşüb.
Saxlanılan şəxs artıq günahını etiraf edib.
Faktla bağlı araşdırma davam etdirilir.