fd9da8f9-329e-4390-b5ec-abb83b44bb77..jpg

Bakıda doqquz yaşlı uşaq faciəvi şəkildə öldü

Baxış sayı: 654 dəfə baxılıb.

Bakıda doqquz yaşlı uşaq faciəvi şəkildə öldü

Bakının Xəzər rayonunda doqquz yaşlı uşaq dəmir darvazanın aşması nəticəsində
ölüb.

APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, yeni təmir olunmuş fərdi yaşayış evinin dəmir darvazası küləyin
gücündən yerə düşüb.

Bu zaman 2014-cü il təvəllüdlü Ramiz Telman oğlu Cəlilli darvazanın altında
qalıb.

Uşaq ağır bədən xəsarətləri alıb.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Fakt üzrə araşdırma aparılır.

Uşağın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər
Rayon Şöbəsinə verilib.

Source link