Bakıda doqquz yaşlı uşaq küçələrdə diləndirilib, şiddət görüb? – İDDİA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda doqquz yaşlı uşaq öz valideynləri tərəfindən dilənməyə məcbur edilib.
Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyi – Uşaq Sığınacağı
Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
Onun dediyinə görə, uşaq polis əməkdaşına yaxınlaşaraq kömək istəyib və onu
evə aparmamağı xahiş edib.
Doqquz yaşlı uşaq küçələrdə diləndirilməklə yanaşı, valideynləri tərəfindən
şiddət gördüyünü də deyir. Bildirir ki, yığdığı puldan yemək almaq üçün
xərclədiyi zaman ana-atası tərəfindən döyülürmüş.