Bakıda doqquzuncu mərtəbədən yıxılan şəxs xəstəxanada öldü – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Babək prospektində doqquzuncu mərtəbənin eyvanından yıxılan Rauf
Aydazadə həyatını itirib.
Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən bildirilib.
Qeyd olunub ki, 24.03.2024-cü il tarixində saat 16:35 radələrində 1967-ci il
təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib.
Açıq kəllə-beyin travması diaqnozu ilə yaralı Cərrahi profilli reanimasiya
şöbəsinə ağır vəziyyətdə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq,
xəsarət alan şəxs 25.03.2024-cü il tarixində saat 01:00 radələrində vəfat edib.
08:53
Bakının Nizami rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət
alıb.
APA xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.
Belə ki, 33A ünvanında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan
1967-ci il təvəllüdlü Rauf Rafiq oğlu Aydazadə eyvandan yıxılıb.
Ağır xəsarətlər alan R.Aydazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Əzizə İsmayılova