Suraxanı rayonunda kütləvi dava zamanı bıçaqlanma hadisəsi baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, Hövsan qəsəbəsində bir neçə dost arasında mübahisə yaranıb. Nəticədə kütləvi dava baş verib. Bu zaman 2000-ci il təvəllüdlü Nəbili Nail Azər oğlu bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu