Nəsimi Rayon Məhkəməsində Nemət Alcanovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
ÇıxışYolu.Com xəbər verir ki, məhkəmə verilən təqdimatı təmin edib.
N.Alcanov barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, noyabrın 29-da saat 05:00 radələrində Nəsimi rayonu ərazisindən Ağcabədi rayon sakini Nüsrət Aslanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Nemət Alcanov saxlanılıb.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com
ÇıxışYolu.Com yeniləndi!