64997cad-5b06-4f7d-80fa-fa3d57bc887b..jpg

Bakıda Dünya Kubokunun açılış mərasimi keçirilib – FOTO

Baxış sayı: 964 dəfə baxılıb.

Bakıda Dünya Kubokunun açılış mərasimi keçirilib – FOTO

Bakıda təşkil edilən idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi
olub.

“Report”un məlumatına görə, ilk olaraq gimnastlar iştirakçı ölkələrin
bayraqları ilə paraddan keçiblər.

Daha sonra çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri
Elnur Məmmədov Azərbaycanda 8-ci dəfə belə mötəbər yarışın təşkil olunduğunu
xatırladıb:

“Ötən illər ərzində idman gimnastikasında bir sıra uğurlar əldə etmişik.
Təmsilçilərimiz Yay Olimpiya Oyunlarında uğurla çıxış ediblər. Eyni zamanda,
Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarında da parlaq nəticələr olub.
Budəfəki Dünya Kubokunda rekord sayda komanda iştirak edəcək. Bütün idmançılara
uğurlar arzulayıram”.

Azərbaycan Dövlət Himni səsləndikdən sonra yarış açıq elan edilib.

Milli Gimnastika Arenasında keçirilən turnirdə Azərbaycan da daxil olmaqla, 48
ölkədən 173 gimnast müxtəlif proqramda çıxış edəcək. Azərbaycanı yarışda Samirə
Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov təmsil edirlər.

Qeyd edək ki, bu gün kişilər arasında sərbəst hərəkətlər, paralel qollar,
halqalarda, qadınlarda isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollarda
təsnifat yarışları baş tutacaq.

Daha çox foto burada: PhotoStock.az

Source link