Bakıda ev soyuldu: qadını itələyib telefonlarını və planşetini apardı

Bakıda ev soyuldu: qadını itələyib telefonlarını və planşetini apardı

Baxış sayı: 1. 848 dəfə baxılıb.

Bakıda ev soyuldu: qadını itələyib telefonlarını və planşetini apardı

Bakıda soyğunçuluq qeydə alınıb. 

ÇıxışYolu.Com xəbər verir ki, hadisə Nizami rayonu, 2-ci köndələn küçəsi 23-də baş verib.

Həmin ünvanda yaşayan 1960-cı il təvəllüdlü İbadova Sinəxanım Ələmdar qızı evinin qarət olunması ilə bağlı polisə müraciət edib.

O bildirib ki, naməlum şəxs onun mənzilinə girərək, itələyib, iki ədəd mobil telefon və planşet olan çantanı götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva