Bakı sakini evində baş verən yanğın zamanı tüstüdən zəhərlənərək ölüb.
ÇıxışYolu.Com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində baş verib.
Bildirilib ki, iyulun 6-da saat 11 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Süleyman Abbasquliyevin evində yanğın baş verib. Nəticədə 12 kvm. sahədə konstruksiyalar və oradakı əşyalar yanıb. S.Abbasquliyev tüstüdən zəhərlənərək ölüb.