Bakıda mənzildən oğurluq edən cinayətkar qrupun daha bir üzvü tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 30 min ABŞ dolları və 100 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən qrupun üzvü, Bakı şəhər sakini Familə Vəliyeva saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.