Bakıda evdən 20 min manat dəyərində qızıl əşyalar oğurlanıb.
Bu barədə ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veirlib.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də rayon ərazisindəki evlərin birindən 2100 manat və 20.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri İkram Hüseynov və Bəylər Şükürov saxlanılıblar.