1ca770b5-2402-4f0f-b676-555e17550758..jpg

Bakıda evdən 280 min manatlıq oğurluq edən dəstə ələ keçdi – FOTO/VİDEO

Baxış sayı: 2. 528 dəfə baxılıb.

Bakıda evdən 280 min manatlıq oğurluq edən dəstə ələ keçdi – FOTO/VİDEO

Binəqədi rayonunda yerləşən evlərdən birindən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Zərərçəkən ev sahibi polisə müraciət edərək 31 dekabr – 2 yanvar tarixləri
arasında evdə olmadığı müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində
10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əşyaları və 15 min manat
dəyərində qol saatları olan seyfin oğurlandığını bildirib. Məlumat daxil olan
kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Daxili İşlər
Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz
əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə
şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaqatala rayon sakinləri Murad
Allahverdiyev və Uveys Məmmədov saxlanılıb. Onlar ifadələrində törətdikləri
hadisəni etiraf ediblər.

Qeyd edək ki, bu şəxslərin oğurladıqları qızıl-zinət və digər əşyalar onlardan
aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq
maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam
etdirilir.


Source link