Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dekabrın 31-də paytaxt ərazisindəki evlərin birindən 20 000 manat pul və
qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakini
S.Quliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.