Bakıda evlərdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Polis əməkdaşları Bakıda evlərdən 15 min manatlıq qızıl-zinət əşyaları
oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi
əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində iki evdən 15 min
manatlıq qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən,
əvvəllər də eyni əmələ görə məhkum olunmuş Anar Əzizov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.