Bakıda evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanıldılar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yasamal rayonu ərazisindəki evlərin birindən 1300 manat pul və 7000 manat
dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi
əməkdaşlarının keçirdikləri tədbir nəticəsində cinayət əməlini törətməkdə
şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum
olunmuş Ayxan Qurbanov müəyyən olunaraq saxlanılıb. Ondan metamfetamin və
metadon həbləri aşkar olunaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə rayon
ərazisində başqa bir mənzildən pul və 8000 manat dəyərində qızıl-zinət əşyaları
oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Əliağa Əliyev saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.