0683d261-34a1-47d4-bccd-0723c305ac2a..jpg

Bakıda fəaliyyət göstərən bəzi yanacaqdoldurma məntəqələrində benzinin tərkibindən su çıxır – İDDİA + VİDEO

Baxış sayı: 670 dəfə baxılıb.

Bakıda fəaliyyət göstərən bəzi yanacaqdoldurma məntəqələrində benzinin
tərkibindən su çıxır – İDDİA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda fəaliyyət göstərən bəzi yanacaqdoldurma məntəqələrində benzinin
tərkibinə su qatıldığı iddia olunur.

Xezerxeber.az-ın məlumatına görə, bunu avtomobillərdə yanacaq sistemlərinin
təmiri ilə məşğul olan Pərviz İsmayılov deyir.

Bildirib ki, təmirə götürdüyü avtomobilin çənindəki yanacağın tərkibində əlavə
qatqını gördükdən sonra bunun su olduğunu anlayıb.

Yanacağın tərkibində su olması sürücüləri xeyli ziyana salıb.

Pərviz usta deyib ki, təmirə gətirilən avtomobillər arasında bu problemdən
zərər görənlər az deyil. Sürücülərin avtomobildən şikayətləri fərqli olsa da,
problemin əsas səbəbi yanacağın tərkibindəki su olub.

Ustanın sözlərinə görə, yanacaq çəninin dibinə toplanan su avtomobilin yanacaq
sistemini iki-üç gün ərzində sıradan çıxarır.

P.İsmayılov qeyd edib ki, yanacaq çəninin dibində toplanan mayeni yanacaq
qatqıları ilə səhv salanlar da olur. Lakin sözügedən qatqılar yanacağın
tərkibinə qarışdığı üçün çəndə su kimi toplanmır.

Ətraflı süjetdə:


Source link