694e3cf9-311e-41fb-a2fd-7e6b4ace912d..jpg

Bakıda fərdi yaşayış evindəki yanğın söndürülüb – YENİLƏNİB

Baxış sayı: 568 dəfə baxılıb.

Bakıda fərdi yaşayış evindəki yanğın söndürülüb – YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış
evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə
bölmələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

17:10

Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində fərdi yaşayış evi
yanır.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından
mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Source link