Bakıda fərdi evlərdəki yanğın söndürülüb - FOTO + VİDEO + YENİLƏNİB

Bakıda fərdi evlərdəki yanğın söndürülüb – FOTO + VİDEO + YENİLƏNİB

Baxış sayı: 2. 651 dəfə baxılıb.

Fövqəladə Hallar Nazirliyi Bakıda fərdi yaşayış evlərində baş verən yanğınla bağlı məlumat yayıb.

ÇıxışYolu.Com nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nəsimi rayonu ərazisində taxta konstruksiyalardan ibarət, bitişik tikilmiş iki fərdi yaşayış evində (hazırda yaşayış olmayan və sökülməkdə olan) yanğın baş verib.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Ərazidəki digər evlər yanğından mühafizə olunub və yanğın söndürülüb.

14:07

Bakıda fərdi yaşayış evləri yanır.

ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, paytaxtın Ceyhun Hacıbəyli küçəsində, “Azərbaycan” Universitetinin arxasında bir-birinə bitişik fərdi yaşayış evlərində yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

www.ÇıxışYolu.Com