a36490ea-efe0-4978-9e5b-1ef6e84be9fc..jpg

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı – VİDEO

Baxış sayı: 659 dəfə baxılıb.

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət
qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol
hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi
üçün Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları
tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırma zamanı onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin
olmadığı da müəyyən edilib. Sürücü barəsində toplanmış materiallar aidiyyəti
üzrə Sabunçu Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü
A.Cəfərov 10 gün müddətinə inzibati qaydada həbs olunub.


Source link