Bakıda keçiriləcək “Formula-1” yarışından öncə sürücülərin paradı keçiriləcək.
ÇıxışYolu.Com-ın xəbərinə görə, iştirakçı olan pilotlar yarış günü – aprelin 28-də xüsusi xalça üzərində yürüş edəcək.
Xalça üzərində 1001 rəqəmi yazılacaq. Bu isə Azərbaycan Qran-Prisinin 1001-ci yarış olması ilə əlaqədardır.
Onları 25 rəqqasə müşayiət edəcək.
Bundan başqa, Azərbaycan Respublikasının himni yenə qeyri-adi şəkildə səsləndiriləcək. Belə ki, himn Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli tərəfindən oxunacaq.
Himn tar, nağara, violançel və timpani alətləri vasitəsilə çalınacaq.
Səbuhi MUSAYEV