Bakıda “Formula-1”: Üçüncü sərbəst yürüş başladı

Bakıda “Formula-1”: Üçüncü sərbəst yürüş başladı

Baxış sayı: 3. 108 dəfə baxılıb.

Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşə start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, sonuncu yürüş saat 15:00-a qədər davam edəcək.

İlk sərbəst yürüşdə “Mercedes”in pilotu Valtteri Bottas, ikincisində isə “Red Bull”un sürücüsü Daniel Rikkardo ən yaxşı nəticəni göstəriblər.

Qeyd edək ki, bu gün saat 17:00 – 18:00-da isə sıralama turu olacaq. Aprelin 29-da saat 14:40 – 15:10-da pilotların trek paradı keçiriləcək.

Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula-1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.

www.ÇıxışYolu.Com