1a0e3355-95a6-4cd3-8765-f6edf12c0b4b..jpg

Bakıda “Gənc Fest” festivalı keçiriləcək

Baxış sayı: 620 dəfə baxılıb.

Bakıda “Gənc Fest” festivalı keçiriləcək

Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə
təşkilatçılığı ilə sentyabrın 21-24-də Bakıda “Gənc Fest” festivalı keçiriləcək.

“Report” xəbər verir ki, Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları
Parkında 4 gün davam edəcək tədbirə 16 yaşından 29 yaşınadək hər kəs qatıla
bilər.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, gənclərlə görüşünün 30
illiyinə həsr olunan festivalda gənclər üçün bir-birindən maraqlı və interaktiv
fəaliyyətlər təşkil olunacaq, iştirakçılar sertifikat qazanmaq şansı əldə
edəcəklər.

Festival günlərində canlı musiqi, DJ və əyləncəli proqramlar gənclərə
rəngarəng anlar yaşadacaq.

Unudulmaz gənclər tədbirinə qatılmaq istəyənlər www.gencfest.az səhifəsində
qeydiyyatdan keçə bilərlər. Tədbir məkanına giriş yalnız qeydiyyat kartı ilə
mümkündür.

Onlayn qeydiyyatdan keçdikdən sonra qeydiyyat kartlarını (akkreditasiya)
sentyabrın 18-dən 20-dək BEGOC Biznes Mərkəzinin 1-ci mərtəbəsində yerləşən BCC
Akademiyadan (saat 09:00-dan 19:00-dək) şəxsiyyət vəsiqəsini göstərməklə
götürmək olar.

Source link