a34bd8b8-91d4-4274-a19c-10cc6cf3c111..jpg

Bakıda gənc idmançını öldürən şəxslə bağlı qərar – VİDEO

Baxış sayı: 661 dəfə baxılıb.

Bakıda gənc idmançını öldürən şəxslə bağlı qərar – VİDEO

Bakı Apellyasiya Məhkəməsində Şağan Olimpiya İdman Kompleksində qətl
törətməkdə təqsirləndirilən Ruslan Səfixanovun barəsində olan hökmdən verilən
apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfixanov 19 il müddətinə
azadlıqdan məhrum olunub.

Xatırladaq ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində
yerləşən idman arenasında qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci
il təvəllüdlü R.Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan
mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü T.Rüstəmova bıçaqla
xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adamöldürmə,
xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham olunub.


Source link