1613f06a-49a6-4ce6-9501-d16b560ab464.jpg

Bakıda gənc oğlanı güllələyərək ÖLDÜRDÜLƏR – MƏHKƏMƏ

Baxış sayı: 160 dəfə baxılıb.

Tural Kamil oğlu Kosayevin ölüm faktı üzrə aparılan ibtidai araşdırma başa
çatıb.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Hərbi prokurorun böyük köməkçisi –
Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad
Əliyev bildirib.

Qeyd edilib ki, Bakı hərbi prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət
işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Allahverdiyev
İsmayıl İbrahim oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü
(Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz
olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və
gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun
komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham
elan edilib və iş baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə
göndərilib.

Qeyd edək ki, hadisə bu ilin iyunun 26-sı qeydə alınıb. Hadisəni törədən 20
yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi “Metro Park” ticarət
mərkəzinin önündə güllələyib.

Source link