Xətai rayonunda döyülmə faktı baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, 23 yaşlı Həsənov Kənan Nizami oğlu naməlum şəxslə mübahisə zəminində döyülərək ağır xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
İlkin məlumata görə, K.Həsənovun başına daşla zərbə endirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu