Bakıda gənc qız dəm qazından boğularaq ölüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Sabunçu rayonunda dəm qazından bir nəfər ölüb.
APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, 26 yaşlı Sevinc Ramazanova hamam otağında dəm qazından boğulub. O,
xəstəxanaya aparılarkən yolda keçinib.
S.Ramazanovanın meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.