Bakıda gənc qıza dəfələrlə təcavüz edən şəxsə cəza verildi

Bakıda gənc qıza dəfələrlə təcavüz edən şəxsə cəza verildi

Baxış sayı: 1. 986 dəfə baxılıb.

Bakıda gənc qıza dəfələrlə təcavüz edən şəxsə cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Rəsul Həmzətovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

ÇıxışYolu.Com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə o, beş il müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır. 

Qeyd edək ki, R.Həmzətov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.5-ci (seksual xarakterli zorakılıq hərəkətləri – təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

O, tanışı və həmyerlisi olan gənc qıza – T.T.-yə (ad, soy ad şərti) qarşı dəfələrlə seksual xarakterli zorakılıq əməlləri törədib. Gənc qız başına gələnlərlə bağlı polisə müraciət edib və həmin şəxsin barəsində cinayət işi açılıb. Daha sonra R.Həmzətov saxlanılıb.