e7a9e58a-ff53-48de-83d8-be72bb4032e9..jpg

Bakıda gecə klubunda dava: Barmen müştərini döydü

Baxış sayı: 775 dəfə baxılıb.

Bakıda gecə klubunda dava: Barmen müştərini döydü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən gecə
klublarından birində müştərini döyən barmenə hökm oxunub.

“Qaynarinfo”nun məlumatına görə, dava müştərinin klubun içərisində, barın arxa
hissəsindəki otaqda köynək dəyişməsi üstündə baş verib.

Belə ki, Əkbər adlı müştəri tikişi sökülən köynəyini dəyişmək üçün klubun
ofisiantından yer istəyib. Ofisiant onu barın arxa hissəsindəki otağa
istiqamətləndirib.

Əkbər köynəyini dəyişərkən klubda barmen işləyən 2000-ci il təvəllüdlü Orxan
Cəfərov (soyad şərti) əsəbi halda ondan otaqda nə iş gördüyünü soruşub. Əkbər
isə əsəbi halda ona köynəyini dəyişdiyini və bu məsələnin ona heç bir aidiyyəti
olmadığını deyib. Nəticədə tərəflər arasında mübahisə davaya çevrilib.

Orxan Cəfərov müştərini döyərək sifətin sağ yarısının şişkinlik halında
əzilməsi, ağzın sağ yarısının selikli qişa səthinin qansızması və əzilmiş
yarası ilə müşayiət olunan sağlamlığına zərər vurub.

Hadisədən sonra Orxan Cəfərov saxlanılıb və məhkəmənin qərarı ilə Cinayət
Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin
törədilməsində təqsirli bilinib, yeddi ay müddətinə azadlığın
məhdudlaşdırılması cəzasına məhkum olunub.

Source link