1a9d48cd-f851-4a04-bf58-666ecf555a43..jpg

Bakıda gecə saatlarında məktəb tikilir – VİDEO

Baxış sayı: 601 dəfə baxılıb.

Bakıda gecə saatlarında məktəb tikilir – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yaşayış binasının sakinləri gecə saatlarında tikinti işinin
aparılmasından narazıdırlar.

Xırdalan şəhəri, Rəşid Behbudov küçəsi bina 62 sakinləri şikayətlərini Cixisyolu.com
-ın redaksiyasına ünvanlayıblar.

Sakin Araz Musayev bildirib ki, binanın arxasında yerləşən 8 nömrəli məktəbin
tikintisi gecə saatlarında davam edir:

“Məktəbi yay aylarında söküblər. Söküldüyü gündən yenidən tikintisinə
başlanılıb. Tikinti gecə 1-2-3 radələrində başlayır. Artıq son həddəyik. Biz
binanın arxasındakı binada yaşayırıq. Zəng vurub, polisə şikayət edirik. Polis
gələndə iş dayanır. Hansı şirkət tərəfindən tikinti aparıldığı məlum deyil.

Dünən yenə işə başladılar. Düşündüm ki, məsələni ictimailəşdirmək lazımdır.
Bilsinlər ki, bu saatlarda iş aparmaq olmaz. Gecə 3-4 saat dayanmadan iş gedir.
İnsanlara bu şəkildə əziyyət verməzlər. Biz kiminsə cəzalanmasını istəmirik.
Sadəcə bu saatlarda işin getməsini istəmirik”.

Nəzrin Vahid


Source link