Bakıda güclü yanğın: 10 nəfər təxliyə olunub

Bakıda güclü yanğın: 10 nəfər təxliyə olunub

Baxış sayı: 2. 129 dəfə baxılıb.

Bakıda yanğın olub.

ÇıxışYolu.Com-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda binanın zirzəmisində ümumi sahəsi 9 m2 olan köməkçi tikilidə baş verib.

Nəticədə tikilidə quraşdırılmış elektrik lövhəsində 45 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər bina sakini təxliyə olunub.

Mənzillər və zirzəmidə olan avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

www.ÇıxışYolu.Com