4dfa5dc7-d5b3-4c4f-931c-84a7b1bac802.jpg

Bakıda güclü yanğına görə nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

Baxış sayı: 40 dəfə baxılıb.

Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən hoteldə baş vermiş yanğın
səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə
qoyulan məhdudiyyət aradan qaldırılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi
(NİİM) məlumat yayıb.

19:24

Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə baş vermiş yanğın daha
geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Bu barədə Cixisyolu.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

19:20

Nizami rayonunda yanğın hadisəsi ilə əlaqədar olaraq iki təcili yardım
briqadası cəlb olunub.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 25 oktyabr 2024-cü il tarixində, saat 17:40-da Nizami rayonu
ərazisindəki obyektlərin birində yanğın baş verməsi səbəbilə Respublika Təcili
və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

“Hadisə yerinə iki təcili tibbi yardım briqadası göndərilib. Hələlik Təcili
Tibbi Yardım briqadasına hər hansı xəsarət alan şəxslə bağlı müraciət daxil
olmayıb” ,- məlumatda bildirilir.

18:50

Bakının Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş
yanğın məhdudlaşdırılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat
Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər
davam etdirilir.

Bakıda güclü yanğına görə nəqliyyat vasitələrinin
hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
Bakıda güclü yanğına görə nəqliyyat vasitələrinin hərəkətinə qoyulan
məhdudiyyət aradan qaldırılıb

18:19

Bakının Nizami rayonunda başlayan yanğın davam edir.

Cixisyolu.com ərazidən yeni görüntüləri təqdim edir:

18:03

Paytaxtın Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş
yanğın hadisəsi səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin
hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Cixisyolu.com Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına
istinadən bildirir.

Qeyd olunur ki, polis əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri
görülür.

17:47

Bakının Nizami rayonunda yanğın başlayıb.

Cixisyolu.com-ın məlumatına görə, Babək prospektində yerləşən obyektlərdən biri yanır.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Cixisyolu.com-ın
sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin “qaynar xətti”nə Bakı şəhəri,
Babək prospektində obyektdə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub:

“Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli
Xilasetmə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğınla mübarizə
tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək”.

Əzizə İsmayılova

Source link