Xəbər verdiyimiz kimi, bu gün Bakının Binəqədi rayonunda Ağac Emalı Zavodunun ərazisində (hazırda fəaliyyət göstərmir) güclü yanğın baş verib.
Yanğına keçmiş zavodun ərazisində yerləşən işlənmiş təkər emalı sexində aparılan işlər səbəb olub.
FHN-nin hadisə ilə bağlı yaydığı məlumatda 500 m2 ərazidə işlənmiş avtomobil şinlərinin yandığı göstərilir.
Hadisə ilə bağlı Ekologiya Nazirliyi də məlumat yayıb. Nazirliyin məlumatına görə, ərazidə monitorinq və araşdırma işlərinə başlanıb.
“Mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb”, – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.
ÇıxışYolu.Com-ın redaksiyasına daxil olan kadrlar isə baş vermiş hadisəni yeni rakursdan izləməyə imkan verir.
Videodan aydın görünür ki, işlənmiş təkərlər açıq səma altında saxlanılır və ərazinin ölçüsü 2-3 hektar, bəlkə də daha çox təşkil edir.
Bir daha xatırladaq ki, FHN-nin məlumatına görə, tüstüsü Bakının hər tərəfindən görünən yanğın cəmi 500 m2 ərazidə baş verib, bu isə 0,05 hektara bərabərdir.
Bakıda güclü yanğın from Baku.Tv on Vimeo.