1dcd48ef-764d-4321-96db-f357902f7dc9.webp

Bakıda həbsdə olan Qarabağ separatçılarına ailələri ilə əlaqə üçün şərait yaradılıb

Baxış sayı: 306 dəfə baxılıb.

Sentyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan
tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər.

Bununla bağlı Cixisyolu.com BQXK-ya istinadən məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların
ailələri ilə əlaqəsi üçün şərait yaradılıb:

“Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə
rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri
ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın
prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr
yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”.

Source link