6973f17d-5406-4791-af33-a90445f3f150..jpg

Bakıda hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən şəxs tutuldu

Baxış sayı: 1. 063 dəfə baxılıb.

Bakıda hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən şəxs tutuldu

Bakıda hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxt sakini olan bir nəfərə hədə-qorxu gələn şəxsin ondan
1000 manat alması, sonradan yenə də pul tələb etməsi barədə polisə məlumat
daxil olub.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən
Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Əlişan Yediyarov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link