Bakıda həkim olmayan şəxs xəstəni əməliyyat edib? – İDDİA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rəsmiyyə Həmzəyeva yeddi ay əvvəl, mayın 24-də tanışının məsləhəti ilə Kəbirə
Məmmədova adına tibb mərkəzində Janna Quliyeva adlı şəxsə üz gərmə əməliyyatı
etdirib.
Onun sözlərinə, prosedur ucuz başa gəldiyi üçün bu həkimi seçib. Əməliyyat
üçün cəmi 900 manat ödəniş edib:
“Fəsadlar çox qısa müddətdə ortaya çıxdı. Hər dəfə soruşanda deyirdi ki,
keçəcək. Hazırda üzüm bərbad haldadır. Sadəcə kurs keçib, həkim də deyilmiş.
Təəssüf ki, bunları əməliyyatdan sonra bildim”.
Səhiyyə Nazirliyindən bildirilib ki, vətəndaş məhkəməyə və nazirliyə rəsmi
müraciət etməlidir. Məsələ araşdırıldıqdan sonra müvafiq addım atılacaq.
Ətraflı Baku TV-nin süjetində: