4e39ffb7-503f-48a9-866c-5b0678dd218b..jpg

Bakıda həkimin qanunsuz cərrahiyyə əməliyyatı keçirməsinə icazə verən xəstəxana cərimələndi

Baxış sayı: 747 dəfə baxılıb.

Bakıda həkimin qanunsuz cərrahiyyə əməliyyatı keçirməsinə icazə verən
xəstəxana cərimələndi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tibb müəssisəsində əmək hüququnun pozulması faktı ilə bağlı Yasamal Rayon
Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı “Berlin Ailə və Uşaq Klinikası” MMC ilə həkim
Vurğun Məmmədov arasında bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə minmədən
sonuncunun klinikada cərrahiyyə əməliyyatı icra etməsi müəyyən edilib.

Fakt üzrə Yasamal Rayon Prokurorluğunda MMC barəsində İnzibati Xətalar
Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən
işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə
yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat
başlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində
inzibati cərimə edilib.

Source link