Bakıda hərbçi vəfat etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Birinci Qarabağ müharibəsinin veteranı, Bakı şəhər 67 nömrəli tam orta
məktəbin Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbəri Oktay Əsgər
oğlu Əhmədov qəfil dünyasını dəyişib.
Publika.az xəbər verir ki, 55 yaşlı müəllim dekabrın 9-da saat 23 radələrində
qəflətən vəfat edib.
Qeyd edək ki, O.Əhmədov 1991-2002-ci illərdə Ordu sıralarında xidmət edib.
O, Xocavənd rayonu Qaradağlı kəndində, Ağdam rayonunda, Daşaltı əməliyyatında
Kəlbəcər-Ağdərə, Murovdağ, Füzuli, Gədəbəy rayonlarında gedən döyüşlərdə
iştirak edib.
2002-ci ildə tərxis olunub. 2004-cü ildən 67 saylı tam orta məktəbdə Gənclərin
Çağırışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbər vəzifəsində işləməyə başlayıb.