cd694b6a-13b9-470f-97f9-cf2783caff0e..jpg

Bakıda həyat yoldaşı və qayınatasını öldürməyə cəhd edən şəxsə 14 il cəza verildi

Baxış sayı: 1. 140 dəfə baxılıb.

Bakıda həyat yoldaşı və qayınatasını öldürməyə cəhd edən şəxsə 14 il cəza
verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını və qayınatasını öldürməyə
cəhddə təqsirləndirilən Abbas Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa
çatıb.

“Trend”in məlumatına görə, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən
prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Mirzəyev 14
il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.
A.Mirzəyev qayınatası Vaqif Seyidovun evinə gələrək həyat yoldaşı Nigar
Mirzəyevaya və qayınatası Vaqif Seyidova çoxsaylı bıçaq xəsarətləri yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.

Məlumata görə, bıçaqlanan Nigar Mirzəyeva A.Mirzəyevin bibisi qızıdır və 14
yaşında ailə qurub.

İstintaq orqanı tərəfindən Abbas Mirzəyev barəsində Cinayət Məcəlləsinin
29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə
cəhd) maddələri ilə ittiham verilib.

Source link