Bakıda həyat yoldaşını 5-ci mərtəbədən atan şəxslə bağlı qərar verildi

Bakıda həyat yoldaşını 5-ci mərtəbədən atan şəxslə bağlı qərar verildi

Baxış sayı: 2. 597 dəfə baxılıb.

Bakıda həyat yoldaşını 5-ci mərtəbədən atan şəxslə bağlı qərar verildi

Nəsimi Rayon Məhkəməsində həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürən Ramiz Taxvelinin barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, təqdimat təmin edilib və R.Taxvelinin barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

İstintaq orqanı R.Taxveliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib. Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə, qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən R.Taxveli saxlanılıb. Məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!