Bakıda hasarda asılı vəziyyətdə meyit aşkarlandı

Bakıda hasarda asılı vəziyyətdə meyit aşkarlandı

Baxış sayı: 2. 867 dəfə baxılıb.

Bakıda hasarda asılı vəziyyətdə meyit aşkarlandı

Bakı şəhərinin Suraxanı rayonunda binanın qarşısında olan dəmir konstruksiyalardan ibarət hasarda asılı vəziyyətdə qalan 1967-ci il təvəllüdlü Eynullayev Seyfulla Beydulla oğlunun meyiti aşkarlanıb. 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin 112 qaynar telefon xəttinə meyitin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri S.Eynullayevin meyitini dəmir barmaqlıqların üzərindən götürərək aidiyyəti üzrə təhvil veriblər. 

Bildirilir ki, S. Eynullayev çoxmərtəbəli yaşayış binasından hasarın üstünə yıxılıb.