d3ee1c93-1294-4a38-9dd5-5923e433c6f0..jpg

Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ? – VİDEO

Baxış sayı: 1. 067 dəfə baxılıb.

Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ? – VİDEO

Bakıda atmosferdə dəm qazının miqdarı normadan 1,6-2 dəfə artıqdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı açıqlama yayıb.

Bildirilib ki, son günlər havada dəm qazının miqdarının çox olması, adətən
nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması ilə əlaqədardir.

Xezerxeber.az-ın məlumatına görə, ekoloq Rauf Sultanov deyib ki, Bakı
şəhərində havanın tərkibində karbon oksidinin çox olmasının əsas səbəbi
nəqliyyat vasitələrinin buraxdığı qazlardır.

Bəs havadakı dəm qazının miqdarını azaltmaq üçün nə etmək lazımdır?

Rauf Sultanov hesab edir ki, Bakıda köhnə avtomobillərin və ağırtonnajlı yük
maşınlarının istismarına məhdudiyyət qoyulmalıdır.

Həkimlər isə xəbərdarlıq edirlər ki, atmosferdə dəm qazının miqdarının
normadan artıq olması ağciyər xəstəliklərinə yola açan başlıca amildir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:


Source link