b68965ab-5119-4ee2-94f8-57792c800b0b..jpg

Bakıda “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans keçirilib – FOTO

Baxış sayı: 603 dəfə baxılıb.

Bakıda “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans keçirilib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev
siyasəti: tolerantlıq” mövzusunda konfrans keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Dövlət Komitəsi və Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin rəhbərliyi, respublikada fəaliyyət göstərən
müxtəlif konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimləri iştirak
ediblər.

Konfransda ölkədəki milli birlik və dini həmrəylikdən bəhs edən videoçarx
nümayiş etdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Qafqaz
Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Bakı şəhəri Dağ
yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik Kilsəsinin Apostol
Prefekturasının yepiskopu Vladimir Fekete, Rus Pravosloav Kilsəsinin Bakı və
Azərbaycan Yeparxiyasının ictimai təşkilatlarla iş üzrə şöbəsinin müdiri Elnur
Əfəndiyev, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Azərbaycan
Bibliya Cəmiyyəti xristian dini icmasının sədri Rasim Xəlilov, Azərbaycan
Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli çıxış edərək mövzu ilə bağlı
fikirlərini bölüşüblər.

Tədbirdə ulu öndər Heydər Əliyevin tolerantlığa verdiyi önəmdən, həyata
keçirdiyi müdrik siyasət nəticəsində respublikada yaşayan dini icmalar arasında
dostluğun və qardaşlığın daha da möhkəmlənməsindən, ölkənin nümunəvi
tolerantlıq modelini formalaşdırmasından söhbət açılıb, sonda müzakirələr
aparılıb.

Source link